Azərbaycan, Ermənistan və Rusiya prezidentləri görüşəcəklər
11 fevral 2011 13:19 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri görüşəcəklər

APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov bildirib. O bildirib ki, görüşlərin mütəmadi xarakter daşıması bu formatda aparılan işin ciddiliyini və tərəflərin praktiki nəticələr əldə etməyə kökləndiyini təsdiqləyir: “Bununla da ölkələrimizin prezidentlərinin yeni sammitinin keçirilməsi üçün müvafiq əsas hazırlanır”.

ATƏT Daimi Şurasında çıxış edən Ənvər Əzimov Cənubi Qafqaz regionunda böhranların nizamlanmasına dair məsələləri konstruktiv şəkildə müzakirə etməyə çağırıb. Onun sözlərinə görə, belə bir müzakirələr Rusiya-Avropa İttifaqı, həm də ATƏT çərçivəsində keçirilə və mürəkkəb münaqişələrin əhllinə yardım göstərə bilər.
# 603

Oxşar yazılar