“Ermənistanın müdafiə naziri həmsədrləri aldatmağa çalışıb”
Bu sözləri APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə İrəvanda keçirdiyi görüşdə Azərbaycan tərəfini atəşkəs rejiminə riayət etməməkdə günahlandırmasına münasibət bildirərkən deyib.
E. Sabiroğlu Ermənistanın atəşkəs rejimini pozması nəticəsində itki verdiyi halda belə, S. Ohanyanın bunu etiraf etməyi bacarmadığını vurğulayıb: “Ona görə də bir qayda olaraq Azərbaycanı suçlamaqda israr edir. Həqiqət isə tamamilə fərqlidir. Təkcə son on gün ərzində erməni silahlı qüvvələri atəşkəs rejimini müxtəlif istiqamətlər üzrə 20 dəfədən çox pozub. Bu zaman Ohanyanın iddia etdiyinin əksinə olaraq, məhz erməni snayperlərin aktivliyi özünü xüsusilə göstərib. Azərbaycan beynəlxalq təşkilatları bu barədə mütəmadi məlumatlandırır. Dünya ictimaiyyəti hər şeydən xəbərdardır. Erməni nazir isə buna baxmayaraq, yenə də həmsədrlərlə görüşərkən onları aldatmağa çalışıb”.

520