VHP MSK-da 2 yer istəyir
10 fevral 2011 13:29 (UTC +04:00)

VHP MSK-da 2 yer istəyir

Bu səhər Vətəndaş Həmrəyliyi Partiyası (VHP) təşkilatı Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədlə bağlı rəsmi məktubu Milli Məclisin spikeri Oqtay Əsədova təqdim edib.

Bu barədə Lent.az-a VHP Siyasi Şurasının üzvü Samir Əsədbəyli məlumat verib.

Bu namizəd bundan əvvəlki 5 ildə VHP-ni MSK-da təmsil etmiş Almaz Qəhrəmanlıdır. Almaz Qəhrəmanlının namizədliyi ilə bağlı qərar dünən VHP-nin Siyasi Şurasının iclasında qəbul olunub.

Samir Əsədbəyli deyib ki, VHP Siyasi Şurası partiya üçün MSK-da yalnız 1 yer ayrılmasını da düzgün saymır: “Çünki VHP seçkilərə partiya kimi iştirak edib və Milli Məclisdə 3 deputatla təmsil olunur. Bu, Yeni Azərbaycan Partiyasından sonra ən böyük göstəricidir: Buna görə də Siyasi Şura deputatlarımıza tövsiyə etdi ki, VHP-nin MSK-da 2 yerlə təmsil olunması məsələsini parlamentin iclasında qaldırsınlar”.
# 568

Oxşar yazılar