“Bu, İran hakimiyyət orqanlarına bir mesajdır”
10 fevral 2011 13:07 (UTC +04:00)

“Bu, İran hakimiyyət orqanlarına bir mesajdır”

“İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri var”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının icraçı katibi, partiya sədrinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında söyləyib.

Əli Əhmədov bildirib ki, İranın kütləvi informasiya vasitələrində Azərbaycana hörmətsizlik edilir: “İran əhalisinin yarısı azərbaycanlılardır. Bu ölkədə çoxlu sayda azərbaycanlının yaşaması iki dövlətin münasibətlərinin də xarakterini müəyyən edir. Əgər İran hakimiyyət dairələri, dövlət qurumları və İranın kütləvi informasiya vasitələri ölkə vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydılar, Azərbaycana da hörmətlə yanaşardılar. Bəlkə də elə uğurlu müqayisə deyil, bir misal çəkəcəm. Fransanın Ermənistanla isti münasibətləri bu ölkədə yaşayan ermənilərdən qaynaqlanır. Heç olmasa, İran bundan ibrət götürsün”.

Əli Əhmədov azərbaycanlıların müxtəlif ölkələrdə İran səfirlikləri və konsulluqları qarşısında, o cümlədən İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirməsinə də normal yanaşıb: “Azərbaycanlılar, vətəndaşlarımız bununla İranın Azərbaycanın daxili işlərinə qarışmasına etiraz edirlər. Bu, normal bir haldır və İran hakimiyyət orqanlarına bir mesajdır”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar