Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi təqdim edildi
10 fevral 2011 12:31 (UTC +04:00)

Səfurə Əlizadəyə YAP-ın vəsiqəsi təqdim edildi

Lent.az-ın məlumatına görə, bunu YAP icraçı katibi, partiya sədrinin müavini Əli Əhmədov bildirib.

O qeyd edib ki, S. Əlizadə YAP Gənclər Təşkilatının sıralarına daxil olmaq istədiyini söyləyib və bununla bağlı ərizə verib. YAP Gənclər Təşkilatı da onun namizədliyinə müsbət yanaşaraq, partiya sıralarına qoşulmasına qərar verib.

Əhmədovun sözlərinə görə, YAP-ın 240 min gənc üzvü var. Bu da partiyada gənclər üçün yaradılmış imkanlarla əlaqədardır.

Sonra Əlizadəyə üzvlük vəsiqəsi təqdim olunub. Tanınmış müğənni isə “Çox sevinirəm ki, belə bir partiyanın üzvüyəm” deyib.

Ramiz MİKAYILOĞLU
# 577

Oxşar yazılar