İtaliya prezidentinə Azərbaycandan dəvət
09 fevral 2011 19:38 (UTC +04:00)

İtaliya prezidentinə Azərbaycandan dəvət

Lent.az-ın məlumatına görə, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinə ölkəmizin İtaliyadakı Səfirliyindən bildirilib.

Kurinale Sarayında Prezident C.Napolitano ilə keçirilmiş söhbət zamanı səfir V.Sadıqov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etməyə dəvətini İtaliya prezidentinə çatdırıb. Daha sonra səfir həmsöhbətinə ölkəmiz haqqında, onun xarici siyasəti, iqtisadi nailiyyətləri, regionda rolu, habelə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib. V.Sadıqov Azərbaycanla İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, İtaliyanın ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olduğunu vurğulayıb. O, bundan sonra da mövcud əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmli olduğunu bildirib.

Öz növbəsində prezident C.Napolitano ətraflı məlumata görə təşəkkürünü bildirib, İtaliyanın Azərbaycanla əməkdaşlığına böyük önəm verdiyini qeyd edib.
# 597

Oxşar yazılar