Litva Seymində Qarabağla bağlı qətnamə hazırlanır
09 fevral 2011 18:35 (UTC +04:00)

Litva Seymində Qarabağla bağlı qətnamə hazırlanır

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı tərəflər ölkələr arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, turizm, enerji, kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu bildiriblər.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini regionun ümumi inkişafına mane olan hal kimi qiymətləndirib. O, XXI əsrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanması, orada etnik təmizləmələrin aparılması və dinc əhalini zorakılıqla öz doğma evlərindən qovulması faktı ilə bağlı dünya ictimaiyyətinin öz birmənalı mövqeyini bildirməsinin vacib olduğunu vurğulayıb.

İrena Dequtiene ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiyini söyləyib. O, Litva Seymində 50-yə yaxın deputatın imzası altında münaqişə ilə bağlı qətnamənin hazırlandığını nəzərə çatdırıb. Münaqişənin tezliklə və sülh yolu ilə həll olunmasını arzulayan İrena Dequtiene bunun üçün beynəlxalq strukturların səylərinin artmasını vacib hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar