Elmar Məmmədyarov Metyu Brayzanı qəbul edib
09 fevral 2011 18:12 (UTC +04:00)

Elmar Məmmədyarov Metyu Brayzanı qəbul edib

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, etimadnamənin surətini təqdim edən M.Brayza ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə amerikalı diplomatı təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulauıb.
# 527

Oxşar yazılar