Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib
09 fevral 2011 17:01 (UTC +04:00)

Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib

Bu gün Bakıda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib. Bu barədə APA-ya Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.


Görüş zamanı Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf meylləri barədə fikir mübadiləsi aparılıb, sərhəd qurumları arasında əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq mexanizminin işlənib hazırlanmasının vacibliyi qeyd olunub.


Tərəflər 18 noyabr 2010-cu il tarixdə Bakıda keçirilən Xəzəryanı dövlət rəhbərlərinin zirvə toplantısının nəticələrini, xüsusilə də sammit zamanı imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş”i müzakirə edərək, sənəddən irəli gələn məsələlərin həlli üçün sərhəd xidmətləri arasında Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında protokol layihəsinin hazırlanması və Xəzəryanı dövlətlərin sərhəd xidmətləri rəhbərlərinin növbəti işçi görüşündə baxılması barədə razılığa gəliblər.


Nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq, narkotiklərin qeyri-leqal dövriyyəsi kimi təhdidlərə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar