Azərbaycan hazırda hansısa ölkəylə viza rejimini tam aradan qaldırmağa hazır deyil
08 fevral 2011 18:41 (UTC +04:00)

Azərbaycan hazırda hansısa ölkəylə viza rejimini tam aradan qaldırmağa hazır deyil

“Azərbaycan hazırkı məqamda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır deyil”. Bu fikirləri APA-nın Azərbaycanın digər ölkələrin vətəndaşları üçün viza rejiminin ləğv edilməsi məsələsinə dair sualına cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Diplomat qeyd edib ki, bu, həm yaranan texniki problemlər, həm də dövlətdaxili proseduraların tamamlanmamasından irəli gəlir: “Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşları üçün viza tələbini aradan qaldırmış ölkələrə dair simmetrik addımların atılması hələ mümkün deyil”.

Bununla yanaşı Elxan Poluxov Azərbaycan vətəndaşları üçün viza tələbini aradan qaldırmış ölkələrə minnətdarlıq bildirib və nazirlik tərəfindən bu məsələnin həllinə dair müvafiq işlərin dam etdirildiyini vurğulayıb.
# 583

Oxşar yazılar