Elmar Məmmədyarov Fransa Senatının üzvləri ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub. Elmar Məmmədyarov bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu söyləyib. Senator Natali Qule iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarət olduğunu qeyd edib.
Elmar Məmmədyarov Fransa Senatının nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıq prosesi barədə məlumat verib. Görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

663