“Dövlət elan və reklamlarının çap mediasında yerləşdirilməsi mexanizmi formalaşdırılacaq”
Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının (İnternational Media Support - İMS) böyük müşaviri Henrik Keit Hansenlə görüşüb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Henrik Keyt Hansen mərkəzi ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşən qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Henrik Keit Hansen bildirib ki, təmsil etdiyi təşkilat üçün Azərbaycanda medianın inkişaf durumunu, xüsusən də iqtisadi vəziyyətini, media-menecment məsələlərini öyrənmək mühüm əhəmiyyət daşıyır. Bu təhlillər qurumun gələcəkdə mövcud istiqamətdəki layihəsinə dəstək baxımından önəmlidir. O qeyd edib ki, səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı media orqanlarının təmsilçiləri ilə də müzakirələri planlaşdırıb.
Əflatun Amaşov Azərbaycanda medianın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn tədbirlərdən söhbət açıb, bu istiqamətdəki dövlət siyasəti üzərində dayanıb: “Mətbuat Şurası da müxtəlif vaxtlarda təkliflər irəli sürüb və həmin təkliflər nəzərə alınıb. 2008-ci ildə ölkədə kütləvi informasiya vasitələrinin inkişafına əsaslı yardımı nəzərdə tutan dövlət dəstəyi konsepsiyası qəbul olunub. Sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun fəaliyyəti media orqanlarının gələcəkdə müstəqil iqtisadi struktura malik olmaları üçün bir növ, baza formalaşdırmağa yönəlib. Hazırda qurum KİV-lərin və jurnalist birliklərinin ictimai, sosial, mədəni, eyni zamanda media həyatının müxtəlif sahələrinə dair təşəbbüslərini layihələr şəklində dəyərləndirir, maliyyələşdirməklə həyata keçirir. Bu mexanizm media təşkilatlarına yardımı nəzərdə tutur, həmçinin onların prioritet istiqamətlər üzrə fəaliyyət intensivliyini artırır”.
Əflatun Amaşov medianın iqtisadi müstəqilliyini artırmaq üçün digər vasitələrin də nəzərdən keçirildiyini söyləyib. O, yaxın zamanlarda dövlət elan və reklamlarının KİV-də, xüsusən də çap mediasında yerləşdirilməsi mexanizminin formalaşdırılacağını vurğulayıb. Mətbuat Şurasının sədrinin sözlərinə görə, mövcud istiqamətdəki Türkiyə təcrübəsinə daha çox üstünlük verilir. Bununla belə, bir sıra Avropa ölkələrinin də iş prinsipinin diqqətə alınır. Mediada idarəetmənin və menecmentin vacibliyini önə çəkən Əflatun Amaşov hesab edir ki, məsələ ilə bağlı KİV rəhbərlərinin daha yaxından maarifləndirilməsinə ehtiyac duyulmaqdadır. O, mövcud istiqamətdə İMS-nin təcrübəsinin öyrənilməsini rəhbərlik etdiyi qurum üçün əhəmiyyətli sayıb.

598