Amerikalı analitik: “Cənubi Qafqazda vəziyyət təhlükəlidir” - MÜSAHİBƏ
ABŞ-ın İndiana Universitetinin professoru, Mərkəzi Asiya və Yaxın Şərq problemlərinin tədqiqatçısı Cəmşid Çoksinin (Jamsheed K. Choksy) APA-nın Vaşinqton müxbirinə müsahibəsi
- Cənubi Qafqaz ölkələrinin hamısı Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində iştirak edir, amma terrorçulara bu üç ölkənin ərazisində hələ də rast gəlmək olur. Region həm də İrana yaxındır. Cənubi Qafqazda təhlükəsizliyi və antiterror tədbirlərini necə qiymətləndirirsiniz?
- Regionda vəziyyət təhlükəlidir və silahlılar bundan öz neqativ məqsədləri üçün istifadə edə bilərlər. Buna görə də oradakı bütün dövlətlər rəqabət aparmaq əvəzinə səylərini birləşdirməli, sərhədlərinin təhlükəsizliyini təmin etməli, həm öz daxillərində, həm də regionda siyasi, iqtisadi və sosial sabitlik yaratmalıdırlar. Bu yolla silahlıların və zorakılığı təbliğ edən ideologiyaların qarşısını almaq olar.
- Azərbaycan, ərazisinin erməni separatçıları tərəfindən işğal olunan hissəsində terrorçuların yuva qurduğunu bildirir. Gürcüstan da işğal olunmuş əraziləri barədə eyn fikri söyləyir. Sizcə bu bölgələrdə beynəlxalq qüvvələrin iştirakı lazımdır?
- Qafqazdakı bütün tərəflər uzunmüddətli sabitliyə və inkişafa nail olmaq üçün Dağlıq Qarabağ və yeddi ətraf rayon kimi bölgələrlə bağlı məsələni tam nəzərdən keçirməlidirlər, yəni burada anlayışlı olmaq, kompromisə getmək, xoş məram göstərmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı diqqətli olmaq lazımdır.
- Rusiyanın Domodedovo hava limanında baş verən terror aktı göstərdi ki, Qafqazda hələ də terrorçular fəaliyyət göstərir. Qafqaz regionu terrorizmin qarşısını almaq üçün nə etməlidir?
- Daxili siyasi, iqtisadi və sosial gərginlikləri əsaslı şəkildə öyrənməklə, silahlılara və terrorçulara qarşı birgə mübarizə aparmaqla, ölkələr arasında dialoq yaratmaqla Qafqaz regionunda terrorizmin qarşısını almaq olar.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53