ABŞ-dakı Azərbaycan diasporu Konqresə məktub göndərilməsini asanlaşdırıb
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a veridən məlumata görə, yeni sistem ABŞ-ın azərbaycanlı və türk icmalarına məktublarını konqresmenlərə, senatorlara və federal və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən yerli qəzetlərə 30 saniyədən də az müddətə göndərməyə imkan verir.
Yeni Pax Turcica sistemi vasitəsi ilə ilk məktub göndərmə kampaniyası Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Kampaniyanın məktubu konqresmen və senatorları faciənin ildönümü ərəfəsində Konqresin hər iki palatasının iclaslarında soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə çağırır. Kampaniyanın başlanmasından ötən iki gün ərzində azərbaycanlı və türk icmalarının nümayəndələri 400-dən artıq məktub göndəriblər.
Amerikanın Azərbaycan Cəmiyyəti və Azərbaycan-Amerika Şurası ABŞ-da yaşayan bütün soydaşlarımızı “http://campaign.paxturcica.org/” və ya “http://campaign.azeris.com/” ünvanları vasitəsilə bu kampaniyaya qoşulmağa çağırır.

689