BAXCP işğal edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayıb
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün BAXCP-nin hazırladığı “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Milli Məclisə təqdim olunub.
Qanun layihəsinin hazırlanmasında Gürcüstan Respublikasının təcrübəsi əsas götürülüb. Əsas məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusunu müəyyənləşdirməkdən və həmin ərazilərdə xüsusi hüquqi rejimin tətbiqini təmin etməkdən ibarətdir. Qanunun məqsədinə uyğun olaraq, Ağdərə rayonunun işğal altında olan əraziləri, Hadrut rayonu, Xocalı rayonu, Xankəndi şəhəri, Şuşa şəhəri, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, o cümlədən Füzuli, Xocavənd, Ağdam və Qazax rayonlarının işğal altında olan əraziləri, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi Azərbaycan Respublikasının işğal edilmiş əraziləri hesab olunur. Qanun layihəsində qeyd olunur ki, bu qanunun qüvvədə olduğu müddət ərzində işğal edilmiş ərazilərə fövqəladə vəziyyət rejimi, eləcə də sərbəst hərəkətin məhdudlaşdırılması, bu qanunda nəzərdə tutulmuş iqtisadi fəaliyyət istiqamətləri, daşınmaz əmlakla bağlı müqavilələr və digər məsələlərlə bağlı xüsusi hüquqi rejim tətbiq olunur.
Sənəddə vurğulanır ki, Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə , Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı əsasında Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər. Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə bu hüquqi prosedurlardan kənar daxil olan bütün xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar.
İşğal edilmiş ərazilərdə daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası qanunlarının pozulması yolu ilə həyata keçirilən istənilən razılaşma qanunsuz sayılır və hüquqi nəticə doğurmur. İşğal edilmiş ərazilərdə mülkiyyət hüququnun əldə edilməsinə yalnız vərəsəlik yolu ilə və birbaşa vərəsəliyi təsdiq edən hüquqi aktların mövcud olduğu təqdirdə icazə verilir.

678