Elmar Məmmədyarovla Hillari Klinton görüşdülər
06 fevral 2011 22:42 (UTC +04:00)

Elmar Məmmədyarovla Hillari Klinton görüşdülər

Azərbaycan XİN-in mətbaut xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə ediblər.

E. Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırıb, öz növbəsində xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını deyib.

H. Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə, Azərbaycan tərəfinə ABŞ-ın minnətdarlığını bir daha çatdırıb.

Tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
# 637

Oxşar yazılar