ABŞ-ın yeni səfiri Bakıya gəldi
06 fevral 2011 22:36 (UTC +04:00)

ABŞ-ın yeni səfiri Bakıya gəldi

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza Bakıya gəlib. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Kit Bin məlumat verib.

Məlumata görə, M. Brayzanı hava limanında səfirliyin əməkdaşları qarşılayıblar.

O, hava limanında Azərbaycana gəlməkdən və burda işləməkdən həm özünün, həm də ailəsinin şad olduğunu bildirib. Səfir Azərbaycanla ABŞ arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, əlaqələrin inkişafı üçün çalışacağını, ölkəsinin bu münasibətlərin güclənəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, M. Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı ilk dinləmə ötən ilin iyul ayında keçirilib.

ABŞ prezidenti Barak Obama M. Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə ötən il mayın 25-də nominasiya edib.
Lakin senatda onun təyinatı ilə bağlı müzakirələr bir neçə dəfə təxirə salınıb. Buna görə də, B. Obama xüsusi səlahiyyətlərindən istifadə edərək, ötən il dekabrın 30-da M. Brayzanı Azərbaycana səfir təyin edib.
Bu il yanvarın 28-də isə M. Brayzanın ABŞ Dövlət Departamentində and içmə mərasimi keçirilib.

Metyu Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı vəzifəsində çalışıb, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərib.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar