Azərbaycanlılar Stokholmda İran səfirliyi qarşısında aksiyası keçirəcəklər
04 fevral 2011 14:37 (UTC +04:00)

Azərbaycanlılar Stokholmda İran səfirliyi qarşısında aksiyası keçirəcəklər

İsveç Azərbaycan Federasiyası bu ölkədə yaşayan azərbaycanlıları 2011-ci il 6 fevral tarixində İran İslam Respublikasının Stokholmdakı səfirliyinin binası önündə Tehranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyasında iştirak etməyə çağırır. İsveç Azərbaycan Federasiyasından Lent.a-a verilən məlumata görə, İsveç Azərbaycan Federasiyasının ölkədə yaşayan azərbaycanlılara ünvanlanmış müraciətində İran İslam Respublikasının 1991-ci ildə müstəqillik əldə etdikdən Azərbaycan Respublikasına qarşı nifrət və təxribat kampaniyaları həyata keçirdiyi bildirilir.

Müraciətdə qeyd olunur ki, Ermənistanın Azərbaycana təcavüzünə hərbi-texniki dəstək verilməsi, Cənubi Azərbaycan məscidlərində erməni təcavüzkarlarının Qarabağda öldürdüyü azərbaycanlıları yad etməyi yasaqlanması, Xəzər dənizində Azərbaycana qarşı hərbi güc tətbiq etmək hədəsi, Azərbaycana dini fanatizm ixrac etmək üçün düşərgələr yaradılması, “Səhər” dövlət telekanalından nifrət və yalan yağdırılması 20 illik siyasətin nümunələridir. Müraciətdə Cənubi Azərbaycandakı vəziyyətə də toxunulub: “Cənubi Azərbaycanda erməni məktəbləri, erməni idman klubları, erməni mətbuat və nəşrlərinə icazə verən İran İslam Respublikası müsəlman türklərin varlıqlarını təmsil edə bilən hər hansı instituta qadağa qoyur və Azərbaycan ziyalılarına qarşı kütləvi məhkəmələr quraşdırır. İsveç Azərbaycan Federasiyası Azərbaycan dövləti və İranda yaşayan azərbaycanlılara qarşı İran rejiminin yeritdiyi çirkin siyasəti kəskin ittiham edir və fevral ayının 6-sı saat 13.00 – 14.00 arasında Stokholmda İran Islam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçirməyə dəvət edir”.

Müraciəti Nasir Məhəmmədi, Səid Əzizi, Əli Mollazadə, Ayda Əmirhaşimi, Bəhmən Nəbizadə, Həsən Təmcidi və Səttar Sevigin imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar