İsveç Azərbaycanlıları Konqresi İran səfirliyinə etiraz məktubu göndərdi
İsveç Azərbaycanlıları Konqresindən Lent.az-a verilən məlumata görə, İsveç Azərbaycanlıları Konqresi İranın İsveç Krallığındakı səfirliyinə yazdığı etiraz məktubunda İrandan Azərbaycan dövlətinə qarşı çıxışların dayandırılmasını və Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləməkdən əl çəkməyi tələb edir.
Etiraz məktubunda son dövrlərdə müəyyən siyasi qrupların Azərbaycanın daxili işlərinə qarışması, dövlətçiliyimiz əleyhinə təbliğat aparması, həmçinin, İranın “Səhər-2” telekanalının müntəzəm olaraq anti-Azərbaycan siyasətini nümayiş etdirən reportajlar yayımlaması və İran rəsmilərinə işğalçı Ermənistanın rejimi ilə İran arasında əməkdaşlığa dair müraciətinə cavab olaraq DAK nümayəndəliyinin ünvanına təhqirlər yağdırması ilə bağlı narahatlıq ifadə olunur.
Məktubda bildirilir ki, İsveç Azərbaycanlıları Konqresi İranda yaşayan 30 milyon azərbaycanlının öz ana dilində təhsil almaq və milli dəyərlərini müdafiə etmək imkanlarından məhrum olmasına qarşıdır: “Azərbaycan və İranı bir-birinə tarixi, mədəni və dini əlaqələr, uzun müddət davam edən qonşuluq münasibətləri bağlayır və regionda erməni təcavüzkarlığına son qoymaq və ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan xalqının mübarizəsinin getdiyi bir dönəmdə bu cür təbliğatın aparılması bizim qardaşlığımıza və uzun müddət davam edən qonşuluq münasibətlərimizə kölgə salır”.
İran və Azərbaycanın İslam Konfransı Təşkilatının (İKT) üzvü olmalarını xatırladan İsveç Azərbaycanlıları Konqresi bu qurumun Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanı birmənalı olaraq dəstəklədiyini, işğal olunmuş ərazilərdə islam mirasının dağıdılmasını pislədiyinə diqqəti çəkir, Azərbaycanın tarixi torpaqlarının ədalətsiz işğalına son qoyulması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması işində İranın da Azərbaycanı dəstəkləməli olduğunu vurğulayır.
Məktubda İsveç Azərbaycanlıları Konqresi İran İslam Respublikası rəhbərliyindən Azərbaycan ictimaiyyətinə qarşı dövlətimizin müstəqillik və stabilliyinə xələl gətirən hücumları dayandırmaq, işğalçı Ermənistan rejimini dəstəkləməməyi və müsəlman həmrəyliyinə sadiq qalaraq onunla ticarət və iqtisadi əməkdaşlığı sərtləşdirməyi, İranın kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatına son qoyulmasını, İranda yaşayan azərbaycanlılara qarşı əsas insan hüquq və azadlıqlarının pozulmasının dayandırılmasını və onlara öz ana dilində təhsil almaq, o cümlədən mədəni, ictimai fəaliyyətlə məşğul olmaq azadlığı verilməsini tələb edir.
Tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə İsveç Azərbaycanlıları Konqresi etiraz kampaniyasını davam etdirəcəyini və İsveç ictimaiyyətinin də diqqətini İrandakı azərbaycanlıların hüquqlarının tanınması məsələsinə cəlb edəcəklərini bildirirlər.
Qeyd edək ki, İsveç Azərbaycanlıları Konqresi İsveçin 9 şəhərində 16 təşkilatı birləşdirir.

525