İqbal Ağazadə AŞ PA həmməruzəçiləri ilə görüşüb
02 fevral 2011 16:06 (UTC +04:00)

İqbal Ağazadə AŞ PA həmməruzəçiləri ilə görüşüb

Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə respublikamızda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri üzvləri Pedro Aqramunt, H. J. Debano Qrex və Aqnizka Naçilo ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, son dövrlər Yaxın Şərq ölkələrində baş verən olaylar müzakirə olunub.

Azərbaycanda keçirilən 2010-cu il parlament seçkiləri, seçkilərdən sonrakı vəziyyət və ölkədaxili siyasi proseslər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Ümid Partiyası ilə AŞ PA arasında əməkdaşlıq məsələlərinə də toxunulub.
# 589

Oxşar yazılar