Türkiyənin “Aydınlıq” qəzeti millət vəkili Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib
02 fevral 2011 14:25 (UTC +04:00)

Türkiyənin “Aydınlıq” qəzeti millət vəkili Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib

Lentşaz-ın məlumatına görə, qəzetin əməkdaşı Sevim Erolün götürdüyü müsahibə “Türk diasporları birlikdə çalışmalıdır”, “Ortaq tarix kitabı yazmalıyıq” kimi yarımbaşlıqlarla təqdim olunub.

Xanım Paşayeva müxbirin suallarını cavablandırarkən Türk Dünyasının dünya siyasətinə yön verən təsirli mövqeyə sahiblənmək üçün gərəkən potensiala sahib olmasından, bu potensiala uyğun hər bir türk insanının, türk dövlət və topluluqlarının qarşısında duran vəzifələrdən söz açıb, öz fikir və mülahizələrini bölüşüb.

Xanım Paşayeva Sovetlərin çöküşü, Türk Dünyasının yaxın keçmişi, ağrılı problemləri və özəlliklə, Azərbaycan torpaqlarının işğalı faktı, bu faktın doğurduğu nəticələrlə bağlı ətraflı danışaraq, Xocalı soyqırımı, qaçqın və məcburi köçkün soydaşlarımızın aqibəti barədə söz açıb. Millət vəkili xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları diqqətə çatdırıb.

Qənirə Paşayeva Azərbaycan insanının Türk Dünyasından gözləntiləri haqqında fikirlərini bölüşərkən, eyni zamanda Azərbaycanın türk birliyinə bu günədək verdiyi və verməkdə olduğu böyük töhfələri də faktların dili ilə açıqlayıb. O, Türk Dünyasının sabahı, həmin arzulanan sabaha yetmək üçün atılmalı olan addımları öz baxış bucağından təhlil edib.
# 9296

Oxşar yazılar