“Tunis və Misir hadisələri Azərbaycanda təkrarlanmaz”
“Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur və biz ölkədə hər hansı bir formada Tunis və Misirdəkinə bənzər hadisələri proqnozlaşdırmırıq”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov verib.
Tunis və Misirdəki hadisələrin Azərbaycanda təkrarlanması üçün heç bir əsas görməyən millət vəkilinin sözlərinə görə, bu gün istər ölkənin daxilində, istərsə də ölkədən kənarda Azərbaycanda sabitliyi istəməyən qüvvələr var: “Mən qəti şəkildə bildirmək istəyirəm ki, nə daxili, nə də xarici qüvvələrin çox ciddi əsaslara söykənən sabitliyi pozmaq imkanları mövcud deyil. Ola bilsin ki, istəkləri var, amma mən bunu xəyallar sferasına aid edirəm. Azərbaycan vətəndaşları ölkədəki ictimai-siyasi sabitliyi yüksək qiymətləndirir və bunun üçün öz vətəndaş mövqelərini ortaya qoymağa hazırdırlar”.
Əli Əhmədov ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsizliyi ilə bağlı etdiyi xəbərdarlığa da münasibət bildirib: “Diplomatik korpusların xəbərdarlıq edərkən nəyə istinad etməsindən xəbərsizəm. Bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır. Kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxtalatmaq cəhdləri ola bilər, amma açıq şəkildə bildirmək istəyirəm ki Azərbaycanda nə ölkə vətəndaşları üçün, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükə üçün əsas mövcud deyil. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Bundan sonra da ölkədəki sabitliyə, onun daha da möhkəmlənməsinə çalışmalıyıq, əsası olmadan səsləndirilən bəyanatlara da hər bir Azərbaycan vətəndaşı öz münasibətini bildirməlidir”.

708