Türk-erməni dostluğunun “simvolu”nun aqibəti bu gün və ya sabah məlum olacaq
Bu barədə APA-ya Qars Bələdiyyəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Özləm Öztürk məlumat verib. Onun sözlərinə görə, qərar verildikdən sonra texniki hesablamalar aparılacaq və abidə söküləcək: “Abidənin başqa bir yerə aparılması məsələsi də var idi. Belə ki, İzmir şəhərinin Karşıyaka bələdiyyəsi bu abidəni bizim bələdiyyədən istəmişdi. Karşıyaka bələdiyyəsinin başqanı da bura gəlmişdi. Onlar abidəni Karşıyakadakı bir parkda ucaltmaq istəyirdilər. Lakin həmin bələdiyyə sonradan bizə abidəni apara bilməyəcəkləri barədə raport göndərdi. Beləliklə, abidə heç bir yerə aparılmadan yerindəcə söküləcək”.
Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Lakin abidənin tikintisi yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başqanı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, sözügedən abidənin də eybəcər olduğunu bəyan edib.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35