Bakıda NATO-nun Strateji Konsepsiyası müzakirə olunur
01 fevral 2011 11:00 (UTC +04:00)

Bakıda NATO-nun Strateji Konsepsiyası müzakirə olunur

Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə cari ilin yanvarın 30-dan fevralın 6-dək Bakıda Azərbaycan - NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) Lent.az-a verilən məlumata görə, “NATO-nun yeni Strateji Konsepsiyası: hədələr və perspektivlər” mövzusunda keçirilən sessiyada Alyansın son Strateji Konsepsiyası gənc tədqiqatçılar, NATO ekspertləri və diplomatların iştirakı ilə müzakirə mövzusu olacaq.

Tədbirdə SAM-ın elmi işçiləri Rəşad Kərimov və Zaur Şiriyevin “Staksnet nümunəsində təhlükəsizliyə yeni hədələr” və “Gələcək onillikdə Avropanın təhlükəsizliyinin təminində Avropa Birliyinin və NATO-nun iş birliyi” adlı məruzələrlə çıxışları nəzərdə tutulub. Sessiyada Xarici İşlər Nazirliyi, NATO-ya üzv və tərəfdaş ölkələrdən, həmçinin alyansın müvafiq strukturlarından, NATO Müdafiə Kolleci, Avropa Diplomatiya Akademiyası, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Metropolitan Universiteti, Gənclərin Atlantik Müqavilə Təşkilatından və NATO-nun müxtəlif ölkələrdəki daimi nümayəndəliklərdən ekspertlər məruzəçi qismində iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar