AŞ PA məruzəçilərinin səfər proqramı açıqlandı
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt fevralın 1-3-də Azərbaycanda səfərdə olacaqlar. Avropa Şurasının Bakı Ofisindən Lent.az-a verilən məlumata görə, həmməruzəçilər ölkə prezidenti, Milli Məclisin spikeri, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcəklər.
Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ali Məhkəmənin sədri, ombudsman, ölkənin AŞPA-dakı nümayəndə heyəti, diplomatik korpusun üzvləri və media nümayəndələri ilə görüşü nəzərdə də tutulur. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcəklər.
Jozef Debono Qrex və Pedro Aqramunt səfərin yekunlarına dair fevralın 3-də, saat 18:30-da, Avropa Şurasının Bakı ofisində mətbuat konfransı keçirəcəklər.

531