“Qarabağ” siyasi bloku Rəsulzadənin doğum gününə həsr olunmuş tədbir keçirib
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu M.Rəsulzadənən tarixdə gördüyü işlərə toxunub: “O, müstəqil Azərbaycan ideyasını, milli ideologiya şüurunu ölən günədək saxlayıb”.
Rəsulzadənin İkinci Dünya Müharibəsi zamanı Azərbaycan legionerləri ilə əlaqələrinə toxunan S.Cəlaloğlu qeyd edib ki, M.Ə.Rəsulzadə Düdənginski ilə də sıx münasibətdə olub: “Düdənginski ilə görüşdə M.Ə.Rəsulzadəyə Almaniya ilə əməkdaşlıq təklif olunub. Düdənginski əsir düşmüş və qarşı tərəfə keçmiş şəxslərdən ibarət legioner dəstələri yaratmağı və SSRİ-yə qarşı vuruşmağı təklif edib. M.Rəsulzadə isə Hitlerin Azərbaycana müstəqillik vermək niyyətində olmadığını bildirərək, bu təklifə qoşulmayıb”.
O, dövrunun bir neçə on il sonra baş verəcək hadisələrini də öncədən görüb: “M.Ə.Rəsulzadə müharibələrdən sonra dünyadakı münaqişələri həll etmək üçün beynəlxalq təşkilata ehtiyac olduğunu deyib. bu isə BMT ideyasının ilk dəfə onun tərəfindən önə sürülməsi deməkdir”.
Qeyd edək ki, tədbirdə “Dalğa” hərəkatının həmsədri Ramin Hacılı və gənclər təşkilatlarının rəhbərləri və digər şəxslər iştirak edib.
Qeyd edək ki, “Qarabağ” siyasi blokuna Ümid və Azərbaycan Demokrat partiyaları daxildir.

546