Mahmudəli Çöhrəqanlı aktiv fəaliyyətini bərpa etdiyini açıqladı
31 yanvar 2011 11:53 (UTC +04:00)

Mahmudəli Çöhrəqanlı aktiv fəaliyyətini bərpa etdiyini açıqladı

GAMOH-un Şimali Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, M. Çöhrəqanlı bir müddət öncə səhhəti ilə bağlı təşkilatdan kənar qaldığını vurğulayaraq GAMOH-un məqsəd və məramlarına toxunub.

M. Çöhrəqanlı bildirib ki, aktiv fəaliyyətdə olmadığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları və onlara bağlı qüvvələr GAMOH-un Güney Azərbaycandakı liderlərinin müəyyənləşdirib, zərərsizləşdirilməsi istiqamətində bir sıra addımlar atıblar: “15 illik qurtuluş hərəkatımızda milli və tarixi məsuliyyət daşıdığımı göz önünə alaraq bir daha son nəfəs və son damla qanımıza qədər bu şərəfli mücadilədə bərabər savaşacağımıza söz verirəm. Dolayısı ilə müvəqqəti olaraq GAMOH başqanlığını siz və mənim bildiyimiz normal durum və şərtlər yaranana qədər öhdəmə aldığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, M. Çöhrəqanlının ötən gün imzaladığı əmrlə hərəkatın Bakıdakı sözçüsü Ağrı Qaradağlı Quzey Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar