Misirdəki hadisələrdən zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur
29 yanvar 2011 14:00 (UTC +04:00)

Misirdəki hadisələrdən zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Azərbaycanın Misirdəki səfirliyi işini adi qaydada davam etdirir və iğtişaşlar nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.


Onun sözlərinə görə, səfirlikdə daim növbətçi var: “Ayrılmış xüsusi telefon xətti vasitəsilə növbətçi kömək üçün müraciət etmiş Azərbaycan vətəndaşlarına yardım göstərməyə hazırdır. Səfirlik Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə - onların əksəriyyəti Qahirə universitetlərində təhsil alan tələbələrdir - əlaqə saxlayır və onlar müraciət edərsə, köməklik edə bilər”.


Qeyd edək ki, Misirlə telefon əlaqəsi çətinliklə qurulur. Bu ölkədə mobil rabitə və internet kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar