Çexiya və Azərbaycan hərbi təyyarələri birgə modernləşdirəcək
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı razılaşma Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin Çexiyaya səfəri zamanı əldə olunub. Tərəflər gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan L-29 və L-39 təyyarələrinin birgə modernləşdirilməsi, həmçinin tələb duyulan bəzi detalların Azərbaycanda istehsalına dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Çexiyanın «Aero Trade a.s» şirkəti adıçəkilən təyyarələrin və onların simulyatorlarının istehsalı üzrə ixtisaslaşıb. Bu təyyarələr təlim və döyüş məqsədləri üçün istifadə olunur.
Çexiya saytları isə bu ölkədə fəaliyyət göstərən bəzi şirkətlərin Azərbaycanla bəzi layihələrdə iştirak etmək niyyətində olduqlarını, texnologiyaların lisenziya əsasında Azərbaycana transfer edilməsində maraqlı olduğunu yazıb.
Xatırladaq ki, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti yanvarın 20-də 24-dək Çexiyada səfərdə olub.

1067