AŞPA həmməruzəçilərinin səfər proqramı açıqlandı
28 yanvar 2011 19:48 (UTC +04:00)

AŞPA həmməruzəçilərinin səfər proqramı açıqlandı

APA-nın AŞ-nin rəsmi saytında istinadən verdiyi məlumata görə, onlar ölkə prezidenti, Milli Məclisin spikeri, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcəklər.
Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media mənsubları ilə görüşü nəzərdə də tutulur.


AŞPA nümayəndələri səfər çərçivəsində Sumqayıta da gedəcəklər. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcəklər.

Həmməruzçilər səfərin yekunlarına dair fevralın 3-də mətbuat konfransı keçirəcəklər.
# 487

Oxşar yazılar