“Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icra vəziyyətinə görə orta səviyyədə dayanır”
28 yanvar 2011 19:47 (UTC +04:00)

“Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icra vəziyyətinə görə orta səviyyədə dayanır”

Bu barədə APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib. R.Rzayev Azərbaycan İnsan Haqları Konvensiyasına qoşulduğu vaxtdan 42 məhkəmə qərarının AİHM tərəfindən ləğv olunduğunu deyib: “Doğrudur, məhkəmələrimizin çıxardığı bir qərarın belə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ləğv olunması bizim üçün xoşagəlməz haldır, ancaq bu, elə də böyük rəqəm deyil. Təbii ki, biz bu sahədə nə ən yaxşı, nə də ən pis ölkə olduğumuzu deyə bilərik. Biz bu statistikada orta vəziyyətdəyik. Əlbəttə, çalışmalıyıq ki, bunlar olmasın”.


Ali Məhkəmənin sədri AİHM tərəfindən çıxarılan hər bir qərarı təhlil etdiklərini vurğulayıb: “Bəzi məhkəmə qərarlarının icra olunmaması ilə bağlı mətbuatda tez-tez yazırlar. Halbuki bizim məhkəmələrin qərarları qüvvədən düşmür, qərarlarımız qüvvədə qalır, sadəcə, müəyyən pozuntulara yol verildiyi bildirilir. Təəssüflər olsun ki, yanlış başa düşüb, yanlış da şərh edirlər. Yəni Avropa İnsan Haqları Məhkəməsi bizim qərarları ləğv etmir, sadəcə, bu qərarların icra olunmadığını qeyd edir. Qərarın icra olunmaması da hüquq pozuntusudur, Konvensiyanın 6-cı maddəsinin pozuntusuna gətirib çıxarır. Əlbəttə, biz çalışmalıyıq ki, bu qərarlar da icra olunsun, məhkəmələrimiz tərəfindən bu qaydalar mükəmməl qorunsun, qanun pozuntularına yol verilməsin”.


2005-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərində iştirak etmiş bir qrup müxalifətçinin AİHM-ə etdiyi şikayətlərlə bağlı Azərbaycan tərəfinin öncədən Avropa Məhkəməsi qarşısında öhdəlik götürməsi məsələsinə toxunan R. Rzayev bu məsələ ilə bağlı pozuntulara yol verildiyini Azərbaycan tərəfinin də qəbul etdiyini bildirib: “Bu şikayətləri AİHM ləğv etməyib, sadəcə, dövlət bu pozuntuların olduğunu qəbul etdi. Bizim dövlətimiz qəbul etdi ki, burada biz pozuntuya yol vermişik və indi tərəflər arasında danışıqlar gedəcək ki, bu pozuntunu necə aradan qaldıraq. Təbii ki, bu məsələyə baxılacaq, onlara dəymiş mənəvi ziyanın ödənilməsi barədə müzakirələr aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar