Bundestaqın sabiq üzvü Türk-Azərbaycan Birliyinin sədri oldu
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təsis iclasında Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Bundestaqın sabiq üzvü Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti cənab Bahəttin Kaya, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, türk və Azərbaycan diasporunun çoxlu sayda üzvləri iştirak ediblər.
Birliyin yaradılmasının əsas məqsədi Almaniyadakı Azərbaycan Diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmlənməsi və hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Toplantıda Birliyin Nizamnaməsi müzakirə edilib, idarəetmə orqanları, Sədr və İdarə Heyəti seçilib. Bundestaqın sabiq üzvü Haqqı Kəskin Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Avropa Berli Atatürkçü Dərnəyinin sədri Olcay Başəyməz sədrin müavinləri seçiliblər.

508