Yanukoviç Azərbaycana gələcək
28 yanvar 2011 15:50 (UTC +04:00)

Yanukoviç Azərbaycana gələcək

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, V. Yanukoviç bunu Dünya İqtisadi Forumunun keçirildiyi Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib. “Siyasi, strateji dialoqumuzu Azərbaycan ərazisində davam etdirmək məqsədilə bu il ərzində sizin və mənim üçün uyğun bir vaxtda Azərbaycana səfər planlaşdırıram”, deyə o, söyləyib.


Ukrayna prezidenti iki ölkə arasında ikitərəfli dialoqun fəallığını, 2010-cu ildə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artmasını, yanacaq-sürtgü materialları ticarətinin inkişafını məmnunluqla vurğulayıb. Azərbaycan prezidenti də iki ölkə münasibətlərini geniş miqyaslı, hərtərəfli və uzunmüddətli münasibətlər kimi dəyərləndirib.
# 481

Oxşar yazılar