Yaponlar Azərbaycan şərabı ilə maraqlanıblar
28 yanvar 2011 14:02 (UTC +04:00)

Yaponlar Azərbaycan şərabı ilə maraqlanıblar

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, forum hər il ənənəvi olaraq yanvar ayında keçirilməkdədir.

Forumda diplomatlar öz ölkələri haqqında maraqlı məqamları yapon dilində qonaqların diqqətinə çatdırmaqla bərabər, Yaponiya barəsində təəssüratlarını da bölüşürlər. Tədbirdə 20-dən çox ölkənin Yaponiyada akkreditə olunmuş diplomatı çıxış edib. Tədbirə Yaponiya universitetlərinin müəllimləri, turizm nümayəndələri və iş adamları da qatılıblar. Forumda Rusiya, Kanada, Almaniya, Albaniya, Misir, Mərakeş və digər ölkələrin diplomatları öz ölkələri haqqında müxtəlif mövzularda nitq söyləyiblər. Tədbirdə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin iki diplomatı iştirak edib.

Azərbaycan diplomatları, “Azərbaycanın zəngin mətbəxi ” və “Azərbaycanda turizm imkanları” mövzularında çıxış ediblər. Çıxış əsnasında salonda quraşdırılmış böyük ekranlarda “Azərbaycan mətbəxindən nümunələr” adlı videoçarx da göstərilib. İştirakçıların bir çoxu Azərbaycan haqqında gözəl təəssüratlar əldə etdiklərini bildiriblər.

Forumun davamı olaraq hər diplomatın öz ölkəsi haqqında gətirdiyi broşurlardan ibarət sərgi təşkil olunmaqla yanaşı, ölkələrin milli mətbəxlərinə aid nümunələr də sərgilənib. Yapon bazarında yenicə satışa çıxarılmış Azərbaycana aid şərab məhsulunun sərgiləndiyi masa maraq doğuran stend olub. Azərbaycana aid məlumat broşurları yapon qonaqları tərəfindən maraqla qarşılanıb və sərgilənən kitabçalar qonaqlar arasında paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar