AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olunub
28 yanvar 2011 13:34 (UTC +04:00)

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olunub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi müzakirə olunub.



APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla Costa Komitənin yeni sədri seçilib. Ermənistan isə Alt Komitənin yaranmasının əleyhinə səs verib. Bu barədə jurnalistlərə cümə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.


S. Seyidiv qeyd edib ki, Alt Komitənin tərkibində AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar