Avstriyanın Sənaye İttifaqının prezidenti Azərbaycanın iqtisadi potensialını yüksək dəyərləndirib
Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fayt Zorger Azərbaycanda böyük iqtisadi potensialın mövcud olduğunu söyləyib və qarşılıqlı sərmayə qoyuluşlarını həyata keçirməyin mühüm olduğunu vurğulayıb.
Elmar Məmmədyarov ölkəmizdə həyata keçiriləcək bütün irimiqyaslı layihələrin dövlət tərəfindən dəstəkləndiyini nəzərə çatdırıb. Xarici işlər naziri , Azərbaycan və Avstriyanın Avropa Birliyi və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməsini də vacib sayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

568