Əli Əhmədov: “İran KİV-ləri iki ölkənin münasibətlərinə kölgə salır”
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov söyləyib. Əli Əhmədov deyib ki, “Səhər-2” telekanalının Azərbaycana qarşı apardığı kampaniya nə qonşuluğa, nə də iki ölkə arasındakı tarixi və milli-mədəni münasibətlərə uyğundur. Onun sözlərinə görə, rəsmi Tehran həmişə Azərbaycanla sıx qonşuluq münasibəti bəslədiyini, diplomatik əlaqələrin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulduğunu bəyan edib: “Amma görünür ki, “Səhər-2” telekanalının və İranın digər KİV-lərinin Azərbaycanla bağlı məlumatları İranın rəsmi qurumlarının mövqeyi ilə üst-üstə düşmür. Biz bundan çox təəssüflənirik. “Səhər-2” və İranın digər KİV-lərinin Azərbaycana haqsız davranışları iki ölkə arasında münasibətlərə xeyli dərəcədə kölgə salır. İran tərəfdən həmin məlumatları yayan qurumlardan tələb edirik ki, bu siyasətlərinə yenidən baxsın”.
Elxan Salahov
Elxan Salahov
625