Qənirə Paşayeva: “Cənab Hammarberqdən bu barədə soruşa bilərsiniz”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında xorvatiyalı məruzəçi Miljenko Doriçin “Müharibə cinayətlərinin aradan götürülməsi sahəsində Avropa Şurası üzv ölkələrinin əməkdaşlığı” adlı hesabatı ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.
APA-nın Avropa bürosunun məlumatına görə, Q. Paşayeva Ermənistan nümayəndə heyətinin üzvü, xanım Zöhrabyanın Azərbaycanın əleyhinə yenə də yalan və böhtanlarla dolu məlumatlar səsləndirməsindən təəssüfləndiyini bildirib: “Onun səsləndirdiyi fikirlərin heç biri nə BMT, nə AŞ, nə Avropa Parlamenti, nə də insan hüquqları üzrə beynəlxalq təşkilatların sənədlərində əksini tapıb. Əksinə, həmin təşkilatların sənədlərində - AŞPA-nın 1416 saylı qətnaməsində, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsində Ermənistan dövlətinin Azərbaycanın 20 faiz ərazilərini işğal etdiyi və həmin ərazilərdən 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi aydın şəkildə qeyd olunub. AŞ-nın İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq də buradadır, siz cənab Hammarberqdən də bu haqda soruşa bilərsiniz. Onun da çox yaxşı məlumatı var ki, nə qədər azərbaycanlı qaçqın və məcburi köçkün artıq 20 ilə yaxındır, öz evinə dönə bilmir. Onların öz evlərinə dönə bilməmələri səbəbindən hansı mənəvi əziyyətlər çəkdiyini cənab komissar söyləyə bilər. Bu özü elə insanlığa qarşı, dinc əhaliyə qarşı bir cinayət, insan hüquqlarının total şəkildə pozulması deyilmi? Bundan başqa, Ermənistan Silahlı Qüvvələri minlərlə azərbaycanlını qətlə yetirib”.
Q. Paşayeva dediklərinin sübutu olaraq Heydər Əliyev Fondunun nəşr etdirdiyi Xocalı soyqırımına dair şəkilləri AŞPA salonunda parlamentarilərə təqdim edib, erməni vəhşiliklərini əks etdirən fotoları nümayiş etdirib.

637