Batumidəki baş konsulluğumuzda dövlət bayrağımız dalğalanmağa başladı
26 yanvar 2011 17:34 (UTC +04:00)

Batumidəki baş konsulluğumuzda dövlət bayrağımız dalğalanmağa başladı

Baş konsulluqdan Lent.az-a verilən məlumata görə, təmir işlərinin başa çatması ilə əlaqədar Baş Konsulluğun üzərində dövlət bayrağımızın ucaldılma mərasimi keçirilib.

Mərasimdə Acaristan Muxtar Respublikasının sədri Levan Varşalamidze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, habelə “SOCAR” tərəfindən yeni inşa edilmiş yanacaq doldurma məntəqəsinin təməl atma mərasimi ilə əlaqədar Batumi şəhərində qısamüddətli səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev və yerli mətbuat təmsilçiləri iştirak ediblər. Baş konsul Hüseyn Nəcəfov qonaqlara binada aparılmış təmir işləri barədə məlumat verib, konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini bildirib.

Dövlət Bayrağımızın ucaldılması mərasimi qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Gürcüstanın Batumi şəhərindəki Azərbaycan baş konsulluğunun binası üzərində dövlət bayrağımızın dalğalanmasının qürurverici fakt olduğu və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərində yeni bir uğurlu səhifənin açıldığı vurğulanıb.
# 545

Oxşar yazılar