Berlində Azərbaycana qarşı erməni hiyləsi
Berlində təşkil olunan "Beynəlxalq Yaşıl Həftə -2011" sərgisində nümayiş olunan məhsullar arasında etiketində Qarabağ ərazisinin "Artsax" adı altında Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyaklar aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu fakt sərginin ilk günündə Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın sərgidəki stendində üzə çıxarılıb. Görülən tədbirlər nəticəsində bu məhsulların sərgi iştirakçılarına paylanmasının qarşısı alınıb və konyak şüşələrinin etiketlərinin Qarabağ ərazisinin "Artsax" adı altında Ermənistanın tərkibində göstərilən hissəsi kəsilərək götürülüb. Bununla da, ermənilərin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb.
Xatırladaq ki, yanvarın 21-də Almaniyanın paytaxtın Berlində start götürən "Beynəlxalq Yaşıl Həftə -2011" sərgisi yanvarın 30-dək davam edəcək. Sərgidə dünyanın 60-a yaxın ölkəsinin kənd təsərrüfatı və qida sənayesi məhsulları nümayiş olunur. 1926-cı ildən başlayaraq hər il keçirilən "Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 4-cü dəfə iştirak edir. Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və 40-a yaxın şirkətin nümayəndələri təmsil edir.
Elxan SALAHOV

548