AP üzvü: “Tarixi həqiqət Azərbaycanın tərəfindədir”
“Son iki ildə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər çox inkişaf edib. Ötən müddət ərzində Azərbaycan başa düşüb ki, Avropa Parlamenti Azərbaycan-Avropa əməkdaşlığında mühüm rol oynayan təşkilatdır. İndi bizim çox yaxşı əlaqələrimiz var, müxtəlif sahələrdə, xüsusilə də siyasi sahədə əməkdaşlıq edirik. Avropa Parlamentində Azərbaycana həsr olunmuş tədbirlər keçirilib və keçiriləcək. Həmkarlarımın əksəriyyəti bu əməkdaşlığa hazırdır. Qonşuluq siyasəti Avropa İttifaqı üçün çox vacibdir. Mən də bu əməkdaşlığı alqışlayır və ona üstünlük verirəm”.
Bu sözləri APA-ya açıqlamasında Avropa Parlamentinin Rumıniyadan olan deputatı, xanım Norika Nikolae deyib. O bildirib ki, Azərbaycan təkcə Avropa Komissiyası üçün vacib ölkə deyil, üzv ölkələr də Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Onlar təkcə iqtisadi sahədə deyil, əminəm ki, bütün sahələrdə, o cümlədən demokratiya, insan hüquqları və mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyir. Fikrimcə, mədəniyyət sahəsində əməkdaşlıq da lazımdır. Təəssüf ki, avropalıların heç də hamısı Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumata malik deyil. Amma bu ölkə barədə bilik əldə etmək vacibdir. Hazırda Azərbaycan Aİ-nin əməkdaşlıq siyasətinin prioritetlərindən biridir”.
AP üzvü N. Nikolae “dondurulmuş” münaqişələrin narahatlıq doğuran əsas məsələlərdən biri olduğunu söyləyib: “Söhbət təkcə Dağlıq Qarabağdan getmir. Gürcüstan ərazisində də “dondurulmuş” münaqişələr var. Cənubi Qafqaza dair əvvəlki hesabatda həmkarlarım məni dəstəklədilər və Avropa Parlamentinin əlavəsinə səs verdilər. Mən Ermənistandan tələb etdim ki, tutduğu ərazilərdən çıxsın, çünki bu, Azərbaycanın ərazisidir. Beynəlxalq hüquqda başqasının ərazisini tutmaq qəbulolunmazdır. Ümid edirəm ki, Ermənistan bu ideyanı həyata keçirmək üçün danışıqlara başlayacaq. Beynəlxalq hüquqa əsasən Ermənistan bu ərazini tərk etməli, vəziyyətin normallaşmasına yardım etməlidir. Fikrimcə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ləng gedir. Biz bu prosesi sürətləndirməliyik, çünki bütün beynəlxalq birlik bu bölgədə sabitliyin yaranmasında maraqlıdır. Bu bölgə Avropa İttifaqından uzaq deyil və biz prosesi sürətləndirməkdə maraqlıyıq. Əlbəttə, hər bir ölkənin lobbisi var və Ermənistan həqiqətin onun tərəfində olduğunu göstərməyə çalışır. Xoşbəxtlikdən tarixi həqiqət Azərbaycanın tərəfindədir”.
Rumıniyalı parlamentar hesab edir ki, Azərbaycan da Brüsseldə fəaliyyətini artırmalıdır: “Bu yay qaçqınların vəziyyətinə dair konfransa ev sahibliyi edəcəyik. Biz bu tədbirdə maraqlıyıq və müxtəlif siyasi qruplardan olan həmkarlarımız bu tədbiri dəstəkləyir. Mən inanıram ki, həqiqət sizin tərəfinizdədir, siz uğur qazanacaqsınız, Azərbaycan yaxşı nəticələr əldə edəcək, çünki tarix onun tərəfindədir”.

561