“Cənab Ştrasser bu yaxınlarda Azərbaycanda olub, özü də turist kimi yox...”
25 yanvar 2011 19:15 (UTC +04:00)

“Cənab Ştrasser bu yaxınlarda Azərbaycanda olub, özü də turist kimi yox...”

“Cənab Ştrasser bu yaxınlarda Azərbaycanda olub. Özü də turist kimi deyil, Avropa Şurasının nümayəndəsi kimi gəlib Azərbaycana”.

APA-nın Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov Kristofer Ştrasserin Azərbaycana səfər etməsinə etirazlarının olmadığını bildirib: “Bizim etirazımız cənab Ştrasserə yox, məhz onun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi kimi fəaliyyətinədir. Biz bununla razılaşmadığımızı dəfələrlə bildirmişik. AŞPA-da Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin edilməsinin əleyhinəyik və bunu Azərbaycana qarşı qeyri-obyektivlik hesab edirik”.

S. Seyidov K. Ştrasserə viza verilməməsi barədə məlumatlara da münasibət bildirib: “O, artıq müşahidəçi kimi Azərbaycana gəlibsə, bunu vizasız necə edə bilərdi? Deməli, ona viza verilib. Bəzi mətbuat orqanları Ştrasserin guya Azərbaycana buraxılmadığını yazır. Halbuki cənab Ştrasser Azərbaycana gəlib və gedib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar