BAXCP Elçibəyin xatirəsinin əbədiləşdirilməsini təklif edir
24 yanvar 2011 15:36 (UTC +04:00)

BAXCP Elçibəyin xatirəsinin əbədiləşdirilməsini təklif edir

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı müzakirə aparılıb.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümün yüksək səviyyədə qeyd olunacağı barədə rəsmi açıqlamaları önə çəkən BAXCP İdarə Heyəti 18 oktyabrın dövlətçilik tariximizdə önəmli yer tutduğunu qeyd edib.
BAXCP İdarə Heyəti hesab edir ki, dövlət müstəqilliyimizin bərpası və qorunub saxlanılması Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir və bu nailiyyətin əldə olunmasında isə Milli Azadlıq Hərəkatı və onun lideri Əbülfəz Elçibəy ən önəmli yerlərdən birini tutur. BAXCP İdarə Heyəti vurğulayıb ki, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümündə bu tarixi hadisənin gerçəkləşməsində müstəsna rolu olan Əbülfəz Elçibəy sayğı ilə anılmalı və onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri layiqincə dəyərləndirilməlidir.


BAXCP İdarə Heyəti bu məqsədlə Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsini, ona ölümündən sonra “İstiqlal” ordeninin verilməsini və onun ailəsinin sosial müdafiəsinin gücləndirilməsini təklif edir: “Bu addımların atılması milli birliyimizin möhkəmləndirilməsində və cəmiyyətimizin inkişafında mühüm rol oynaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar