AŞ PA sədri: “Seçkidə AŞPA-nın meyarlarına tam əməl olunub”
APA-nın Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu deyib. O bu illər ərzində Azərbaycanın qeyd olunan sahələr üzrə önəmli irəliləyiş və nailiyyətlər əldə etdiyini bildirib: “Lakin vəziyyəti daha da yaxşılaşdırmaq imkanları var. Ümid edirəm ki, gələcəkdə irəliləyişlər əldə ediləcək. Biz tərəfdaş kimi işləyirik və daha da yaxşı nəticələr əldə etməyə şübhə etmirik”.
M. Çavuşoğlu Azərbaycanda keçirilmiş parlament seçkilərində də irəliləyişlər əldə olunduğunu bildirib: “Deyə bilərik ki, seçkilərdə bizim meyarlara tam əməl olunub. Bu fikirlər seçkiyə dair hazırlanan tarazlaşdırılmış hesabatda da əksini tapıb və bu hesabat AŞPA Bürosunun bu gün səhər keçirilən iclasında yekdilliklə qəbul edilib. Bir daha təkrar edirəm ki, Azərbaycanda seçki sahəsində irəliləyişlər əldə olunub. Əlavə irəliləyişlərin olması arzu ediləndir. Əminəm ki, növbəti seçkilər zamanı daha çox şəffaflıq olacaq, demokratik prinsiplərə daha çox hörmət ediləcək. Hər bir seçki əvvəlkindən daha yaxşı keçirilir. Biz düzgün yoldayıq. Azərbaycan bu yolla davam etməli, islahatlar prosesini, o cümlədən seçki sferasında islahatları davam etdirməlidir”.

543