ATƏT-in Astana sammiti başladı
01 dekabr 2010 11:20 (UTC +04:00)

ATƏT-in Astana sammiti başladı

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu, 11 illik fasilədən sonra ATƏT-ə üzv dövlətlərin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ilk sammitdir.

Sammitdə 27 ölkənin prezidenti və Bosnika və Hersoqovina Rəyasət Heyətinin sədri iştirak edir. Sammitə parlament üsul-idarəli ölkələrin baş nazirləri də qatılıb. Tədbirdə ABŞ-ın dövlət katibi, Almaniyanın baş naziri, Vatikanın dövlət katibi, Monakonun dövlət naziri iştirak edirlər. Sammitdə Böyük Britaniya, Danimarka, İspaniya, Lüksemburq, Malta, Çexiya, o cümlədən ATƏT-in tərəfdaşı olan İsrail baş nazirin müavini səviyyəsində təmsil olunur. Monqolustandan parlament sədrinin müavini gəlib.

Bundan əlavə, 14 ölkə – Avstraliya, Əlcəzair, Andorra, Misir, İordaniya, Kanada, Polşa, Norveç, Portuqaliya, San-Marino, Tailand, Özbəkistan, İsveçrə və Cənubi Koreya sammitlə xarici işlər naziri ilə təmsil olunurlar. Mərakeş, Tunis və Yaponiyadan xarici işlər nazirinin müavinləri gəliblər. İrlandiya və İslandiya sammitə səfirlərini göndəriblər. Tədbirə 33 beynəlxalq və regional təşkilatın rəhbəri, o cümlədən BMT, İslam Konfransı Təşkilatı, Ərəb Dövlətləri Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibləri, NATO baş katibinin köməkçisi, Avropa Şurasının prezidenti qatılıblar.

Sammitlə bağlı Astanaya gələn qonaqların sayı 5 min nəfərə yaxındır. Tədbiri 1200-dən çox jurnalist izləyir. Sammitin gündəliyinə Avropa qitəsində təhlükəsizlik, Avropada Adi Silahlar Haqqında Razılaşma, ATƏT-in yaxın gələcəkdə qarşısında duran vəzifələr daxildir. Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri Serjan Abdıkarimov deyib ki, sammitdə əsasən dondurulmuş münaqişələrlə bağlı sənədin hazırlanması üzərində iş gedəcək. O, bu sənəd üzərində işin asan olmayacağını və sammitin son gününə qədər davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar