Binəqədi rayonunda soyqırımla bağlı tədbir keçirilib
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Təşkilatı və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (ƏGKİB) 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı dəyirmi masa keçirib. Lent.az-ın məlumatına görə, YAP Binəqədi Təşkilatının qərargahında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, professor Həsən Mirzəyev, AMEA İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov, Erməni Araşdırmaları Mərkəzinin sədri Qafar Çaxmaqlı, Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri Yaqut Cabbarlı, “Həsrət Yolu” ƏGKİB-nin sədri Esmira Orucova və erməni əsirliyindən azad edilmiş Xocavənd rayonunun Qaradağlı kənd sakini Rafiq Quliyev çıxış ediblər.
Sonda tədbir iştirakçılarına “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və xarici ölkə səfirliklərinə ünvanladıqları müraciət səsləndirilib. Müraciətdə beynəlxalq təşkilatlar obyektiv mövqedən çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırıma hüquqi qiymət verməyə, əsir və girov götürülmüş soydaşlarımızın vətənə qaytarılmasına, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyə kömək etməyə çağırılır.
Pərvin ABBASOV

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28