İlham Rəhimov: “Putinlə münasibətlərimiz normaldır” – MÜSAHİBƏ
“Dağlıq Qarabağ problemini başqa dövlət həll etməyəcək”
Hüquq elmləri doktoru, professor İlham Rəhimovun APA-ya müsahibəsi
- Bu yaxınlarda Moskvada həmtəsisçisi olduğunuz “Ukrayna” mehmanxanasının yeni “Radisson Royal” adı ilə açılış mərasimi keçirildi. Bu otelin alınmasına və yenidən qurulmasına 600 milyon dollara qədər vəsait sərf olunduğunu bildirmisiniz. İş adamı olaraq, Azərbaycanda da belə böyük layihələr həyata keçirməyi düşünürsünüzmü?
- Rusiyada biznes qurmağım təsadüfi deyil. Mən elm adamı olaraq, Rusiyada formalaşmışam. Ömrümün təxminən 40 ilini əhatə edən zaman kəsiyində çoxlu insanlarla münasibətim olub və var. Bu baxımdan Rusiyada biznes qurmağım başadüşüləndir. O ki qaldı Azərbaycanda biznes layihələrinin həyata keçirilməsinə, bu məsələdə problem yoxdur, bu bizim çoxdankı arzumuzdur. Hazırda maraqlı layihələr axtarışındayıq.
- Otelin açılış mərasimində Rusiyanın vəzifəli şəxsləri - Moskva meri Yuri Lujkov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, müxtəlif dini konfesiyaların nümayəndələri iştirak edib. Həmin şəxslər şəxsi münasibətlərə görə bu mərasimə qatıldılar, yoxsa bu işin əhəmiyyətinə görə?
- “Ukrayna” mehmanxanası möhtəşəm bir memarlıq abidəsidir. Memarı Aleksey Mordvinov olub. Sovet imperiyasının rəhbəri Stalinin siyasi qərarı əsasında ötən əsrin 50-ci illərində inşa olunan və Moskvanın hər tərəfindən görünən, SSRİ-nin qüdrətini əks etdirən 7 monemental binadan ikincisidir. Adlarını çəkdiklərini orada iştirak etmək istəyənlərin çox cüzi bir hissəsidir. Burada nəsə axtarmaq yersizdir.
- Telman İsmayılova məxsus Çerkezov bazarı bağlanandan sonra həmin bazarın sizin tərəfinizdən alınacağı ilə bağlı informasiyalar yayıldı. Belə bir fikriniz vardımı?
- Bu, şayiədən başqa bir şey deyil. Məni bazarlarla və başqa mifik məsələlərlə əlaqələndirmək cəhdləri uzunömürlü variant deyil. Yalan ayaq tutur, fəqət çox yerimir. Məşhur fransız dramaturqu Bomaşe deyir ki, intriqa gec-tez onu yaradanı özünün qurbanına çevirir. Bu barədə bizim xalqımızın da daha müdrik sözləri var.
- Məqsəd nə idi ki?
- Məqsəd insanları üzbəüz qoymaq və bu prosesdə nəsə əldə etməkdir. Telman İsmayılov özü proseslərin mahiyyəti və tarixini yaxşı bilir. Biz bir-birimizi yaxşı tanıyırıq və normal, insani münasibətlərimiz var.
- Siyasi təcrübəniz var, vaxtilə siyasətlə məşğul olurdunuz. Siyasi fəaliyyətinizi dayandırmağınızın səbəbi nə oldu?
- İnsanlar yaşadıqları zamana, baş verən proseslərə adekvat olaraq ömür yollarını korrektə etməlı olurlar, daha uğurlu realizə oluna biləcək variantları seçirlər. Zaman isə dəyişkəndir.
- Azərbaycandakı siyasi prosesləri izləyirsinizmi?
- Hər şeydən əvvəl mən azərbaycanlıyam, Azərbaycan dövlətinin vətəndaşıyam, burda baş verən proseslərə biganə qalmaqmı olar? Hər bir vətəndaş ölkəsinin problemlərinin həllinə qarışmalı, əməlində dövlətinin güclü olmasına önəm verməlıdir. Mən də bu fikirdəyəm. Bu baxımdan, siyasi proseslərdən istəsəm də kənarda qala bilmərəm.
Fransız filosofu Şarl Montalanber deyirdi ki, “əgər siz siyasətlə məşğul olmasanız, o zaman siyasət sizlə məşğul olacaq”. Biz bir xalq olaraq bizimçün ən ağrılı problem olan Qarabağ problemi ilə məşğul olmasaq, belə çıxır ki, onda heç həyatla məşğul deyilik. Bu baxımdan mən Azərbaycandakı siyasi prosesləri diqqətlə izləyirəm.
- Hakimiyyətə münasibətdə hansı mövqedəsiniz?
- Mən Azərbaycan dövlətinin apardığı siyasi kursu dəstəkləyirəm.
- Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı?
- Xeyr.
- Son vaxtlar Qərb dövlətləri ilə Azərbaycan arasında müəyyən problemlər yaranır, uzaqlaşma hiss olunur. Bu proseslərin səbəbini Azərbaycanın Rusiya ilə daha sıx münasibətlər qurması ilə izah edirlər. Siz bu prosesləri necə qiymətləndirirsiniz?
- Dövlətlərarası münasibətlərin zaman-zaman dəyişilməsi təbii prosesdir, qarşılıqlı maraqlardan irəli gəlir. O ki, qaldı Qərb dövlətləri və ya hansısa bir dövlətin Azərbaycana münasibətlərində problemin olduğunu hiss etməmişəm. Fikrimcə, Azərbaycanın yürütdüyü xarici siyasət kifayət qədər uğurludur. Bəzi KİV-lərdə ara-sıra gedən məlumatları heç də həmişə obyektiv saymaq olmaz. Dövlətimiz Avropanın aparıcı ölkələri ilə düzgün siyasət qurub. Biz bunun şahidiyik. Populist hay-küylərə uymağın mənası yoxdur. Dünyada ümumi vəziyyət qədərincə mürəkkəbdir. Ümumi böhran öz şərtlərini diqtə edir. Belə bir vəziyyətdən çıxış yolu tapmaq asan deyil. Bu baxımdan, zaman xalqla dövlətin birgə fəaliyyətini və digər ölkələrlə balanslaşdırılmış siyasət yürütməsini tələb edir.
Rusiya ilə münasibətlərə gəlincə isə, doğrudur, bizim bu ölkə ilə münasibətlərimiz yüksək səviyyədədir. Səbəblərdən biri də budur ki, yüz illərlə bir dövlətdə yaşamışıq. Xalqlarımızı təkcə dövlətlərarası siyasət birləşdirmir, burada mədəni, məişət, dini, etnik, ailə, elmi və s. amillər mövcuddur. Azərbaycan və digər sabiq SSRİ-də yaşayan xalqların Rusiyaya münasibətlərinin özü də dövlətlərarası siyasətə birbaşa təsir edir, bu amilin özü dövlətlərarası münasibətlərdən heç də zəif deyil. Bu faktdır.
Məsələnin digər və çox vacib tərəfinə gəldikdə isə Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi bu gün yaranmayıb. Bu, Yeltsinin dövrünü çıxsaq, həmişə yaxşı olub. İlk növbədə ümummilli liderimiz, rəhmətlik Heydər Əliyevin apardığı uzaqgörən siyasət münasibətlərin dönməzliyini təmin edib. Hazırda cənab İlham Əliyevin gərgin və çox düzgün siyasi kursu bu yaxınlaşmanın daha inkişafına səbəb olub. Yüzminlərlə soydaşımızın Rusiyada çalışmasının özü də ölkə başçısının düzgün siyasi kursunun nəticəsidir. Rusiya bizim bir çox problemlərin, o cümlədən Qarabağ probleminin həllində mühüm rol oynayır və oynaya bilər. Azərbaycan MDB dövlətləri arasında partnyor olaraq iqtisadi və siyasi baxımdan çox cəlbedicidir. Günü-gündən iqtisadi əlaqələrin həcmi artır. Heç şübhə etmirəm ki, Rusiya Federasiyası Azərbaycanın bütün problemlərinin həllində müsbət rol oynayacaq.
- Rusiya Dağlıq Qarabağ problemini həll edə bilərmi?
- Dağlıq Qarabağ problemini dediyim kimi heç bir qeyri dövlət gəlib həll etməyəcək. Onu bizim dövlətimiz özü həll edəcək, mütləq həll edəcək. Bu problem həll olunmayana qədər bizim heç birimiz rahat yaşaya bilmərik. Siyasi əqidəsindən, həyat tərzindən asılı olmayaraq, Dağlıq Qarabağ dərdi hamınındır. Bu barədə dövlət başçısı cənab İlham Əliyevin mövqeyini dəstəkləyirəm. Bu problemin həllində hamı dövlətin yanında olmalı, vahid mövqedən çıxış etməlidir. O ki qaldı digər dövlətlərin rolunu, o cümlədən Rusiya faktorunu qəti danmaq olmaz.
- Yeri gəlmişkən, Vladimir Putinlə hazırda münasibətləriniz necədir, görüşürsünüzmü?
- Münasibətlərimiz normaldır.
- Son vaxtlar Rusiya ilə Türkiyənin münasibətlərinin yaxşılaşmasını necə qiymətləndirirsiniz?
- Bu münasibətlərin indiki səviyyəsi tarixi zərurətin nəticəsidir. Dünya qloballaşır. Dünyada hegemon dövlətlərin yeri və mövqeyi dəyişilir, əsil dövlətlərarası münasibətlərdə qarşılıqlı faydalılıq real hadisələr üzərində qurulur. SSRİ və ABŞ kimi iki nəhəng, super dövlətin birinin məhvi ilə dünyanın siyasi, güc xəritəsində tamam başqa mənzərə yarandı. Məhz bundan sonra mən hələ o vaxt fikirləşirdim ki, Rusiya və Türkiyə kimi dövlətlərin yaxınlaşması labüddür. Türkiyə və Rusiya qədim dövlətlərdir müxtəlif siyasi mövqelərdə olublar. Zaman mövqeləri yaxınlaşdırıb, insanlar, yəni xalqlar heç nəyə baxmadan özləri münasibət qurublar, yaxınlaşıblar. Mən bir türk olaraq bu münasibətlərin qurulmasını çoxdan gözləyirdim və məlum imkanlar əmələ gəldikdən sonra Rusiya və Türkiyə dövlətlərinin arasında gözəl münasibətlərin yaranması üçün əlimdən gələni etdim. Rəhbərlər arasında şəxsi münasibətlərin yaranmasına çalışdım. Təbii ki, bu proseslərin yüksək səviyyədə qurulmasının əleyhdarları da vardı. Lakin Rusiya rəhbərliyi fikrimizə müsbət yanaşdı. Biz Rusiyanın o zamankı prezidenti, indiki baş naziri Putinin kitabını Türkiyədə türk dilinə tərcümə etdirdik. Sonra türk millət vəkillərinin iştirakı ilə Moskvada həmin kitabın təqdimat mərasimi keçirildi və kitabı Putinə təqdim etdilər. Həm Putin, həm də Ərdoğan çox praqmatik siyasətçidirlər. Bu praqmatizmin nəticəsi o oldu ki, dövlət rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri baş tutdu. Rusiya-Türkiyə münasibətləri yüksələn xətlə davam edir. Bu ilk növbədə həmin dövlətlərin mənafeyindən irəli gəlir. Hazırda bu iki ölkə arasında ticarət dövriyyəsi yüz milyard dollara yaxınlaşır. Faktiki olaraq, Rusiya Türkiyənin ən nəhəng ticarət partnyoruna çevrilib. Türkiyənin regionda aparıcı, güclü dövlət kimi olmasının bir şərti də Rusiya ilə bağlıdır.
Türkiyədə insanların Rusiyaya olan münasibəti Amerikaya olan münasibətdən daha yaxşıdır. Türkiyənin regionda apardığı indiki müstəqil siyasət Azərbaycan üçün çox vacibdir və mən Türkiyənin mövqeyinin daha da güclənməsini bizim Qarabağ probleminin həllində şərtlərdən biri hesab edirəm. Rusiya və Türkiyənin Qarabağ məsələsinin həllində mövqelərinin üst-üstə düşməsi çox mühümdür.
- Siz həm də ictimai fəaliyyətlə məşğulsunuz. Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəxri üzvü seçilmisiniz və bu istiqamətdəki fəaliyyətinizdə qarşıya qoyduğunuz məqsəd nədən ibarətdir?
- Bu təşkilat Qara dəniz və Xəzər dəniz ətrafı ölkələrin yaratdığı bir fonddur. Amma burada başqa dövlətlər də iştirak edə bilər. Hər bir dövlətin orada bir nümayəndəsi iştirak edir, Azərbaycandan da o fondun rəsmi nümayəndəsi mənəm. İyun ayında bizim növbəti toplantımız olacaq.
- Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun həbsi ilə bağlı mətbuatda sizin adınız hallandı...
- Mən mətbuatda bu məsələyə kifayət qədər aydınlıq gətirmişəm. Bu olayda mənimlə bağlı heç bir problem yoxdur.
- Amma İlyas müəllim bildirmişdi ki, İlham Rəhimov Etimadın azad olunması üçün heç bir iş görməyib...
- Mən belə bir fikirlə qarşılaşmamışam.
- Şəxsi həyatınız necədir?
- Əvvəlki kimidir. Ailə tərkibim iki qızım, dörd nəvəmdən ibarətdir.
- 60 yaşınız olacaq. Geriyə baxanda daha çox peşmançılığını çəkdiyiniz məqamlar varmı?
- Qədim hindlilərin gözəl bir sözü var: “Müdrik insan ağılsızdan onunla fərqlənir ki, o heç vaxt itkisinə, ölüsünə və keçmişinə görə ağlamır”. 60 yaşımın arxasından geriyə boylananda fikirləşirəm ki, ötən illərdə nə olubsa, onlar keçmişdə qalıb. Mən heç vaxt keçmişdə olanlara görə heyfsilənmirəm, nəyəsə heyfsilənməyə ehtiyac da yoxdur. Gərək bu günlə yaşayasan.

2673