«Qəbələ RLS-lə bağlı Azərbaycandan təklif gəlməyib»
0
0
Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in bağlandığını təsdiq edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-nin xüsusi nümayəndəsi Aleksandr Lukaçeviç bildirib. Onun sözlərinə görə, 9 dekabr 2012-ci il tarixdə Rusiya ilə Azərbaycan arasında Qəbələ “Dəryal” RLS-nin istifadəsinə dair müqavilənin müddəti bitdiyindən Rusiya tərəfi 10 oktyabr 2012-ci il tarixdə stansiyanın istismarını dayandırıb.
Bakıdakı Rusiya səfirliyi tərəfindən Azərbaycan XİN-nə bu haqda nota təqdim olunub.
A. Lukaçeviç onu da bildirib ki, Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqların yenilənməsi barədə Azərbaycan tərəfindən təklif gəlməyib.