Minskdə keçirilən 7-ci Avropa və Asiya Media Forumu başa çatıb - FOTO
11 dekabr 2012 18:25 (UTC +04:00)

Minskdə keçirilən 7-ci Avropa və Asiya Media Forumu başa çatıb - FOTO

0
Minskdə “RİA Novosti” agentliyinin təşəbbüsü ilə keçirilən 7-ci Avropa və Asiya Media Forumu (AAMF) başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, iki gün davam edən forumda MDB və Pribaltka ölkələrindən 200-dən artıq KİV rəhbəri, siyasətçilər və media ekspertləri “Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media” mövzusunda müzakirələr aparıblar.

Tədbirin sonunda “AAMF-in ən yaxşı media layihəsi - 2012” yaradıcılıq müsabiqəsinə yekun vurulub. Postsovet məkanından 7 çap, televiziya və internet layihəsinin təqdim olunduğu müsabiqənin qalibi “İzvestiya na Ukraine” qəzeti olub.

Qeyd edək ki, forumda APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1041

Oxşar yazılar