Rumıniya XİN Elmar Məmmədyarova Fəxri Fərman verdi - FOTO
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Respublikasının ölkəmizdəki Səfiri Daniel Kristian Çiobanunu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Rumıniya diplomatiyasının 150 illiyi ilə əlaqədar Rumıniya Xarici İşlər Nazirliyi tərəfindən təsis edilmiş Fəxri Fərmanla təltif edilib.
Bu Fəxri Fərman beynəlxalq münasibətlər sahəsində ümumdünya dəyərlərinin təşviqində göstərilən xidmətlərə görə verilir. Görüşdə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.